Bakıda 7 evi qarət edən tutuldu - VİDEO
05 oktyabr 2024 15:36 (UTC +04:00)

Bakıda 7 evi qarət edən tutuldu - VİDEO

Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən 35 yaşlı Tural Səlimov saxlanılıb.

Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.

Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub. T.Səlimov barəsində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar