Bakıda 42 nəfərə qarşı 862 minlik  DƏLƏDUZLUQ
06 iyun 2023 18:32 (UTC +04:00)

Bakıda 42 nəfərə qarşı 862 minlik DƏLƏDUZLUQ

0

Bakıda 42 nəfərə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, Bayramov Rəşid Füzuli oğlu və Əliyev Vüqar Ədalət oğlu barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsilə (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) cinayət işi açılıb.

Əldə etdiyimiz məlumata görə, onlar kriptovalyuta vasitəsilə 42 nəfəri aldadıblar. Belə ki, R. Bayramov və V. Əliyev zərərçəkmişləri kriptovalyutalardan pul qazanmaq adı ilə aldadaraq, onların ümumilikdə 861 min 938 manat vəsaitini ələ keçiriblər.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3065

Oxşar yazılar