Bakıda 28 avtobusdan oğurluq: 2 nəfər tutuldu
24 fevral 2025 17:25 (UTC +04:00)

Bakıda 28 avtobusdan oğurluq: 2 nəfər tutuldu

Xəzər rayonunda 28 avtobusdan katalizator oğrulayanlar saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birinə məxsus qarajdan 28 avtobusun katalizatorlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ş.Mahmudzadə və 22 yaşlı H.Əlizadə müəyyən olunaraq saxlanılıblar.

Onların digər analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək məqsədi ilə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar