İzmir Savadov
25 iyul 2024 13:58 (UTC +04:00)

İzmir Savadov

Bakıda 24 yaşlı İzmirin qətli ilə bağlı HÖKM OXUNDU

Bakıda 24 yaşlı gənci öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.

İzmir Savadov

Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15