Bakıda 200 minlik maşın qəzaya uğradı - FOTO
06 dekabr 2023 03:59 (UTC +04:00)

Bakıda 200 minlik maşın qəzaya uğradı - FOTO

Bakının Nəsimi rayonunda iki maşın toqquşub, xəsarət alan var.

Lent.az xəbər verir ki, qəza Həzi Aslanov küçəsində baş verib.

Belə ki, “BMW” markalı maşının sürücüsü dördyol ayrıcından keçərkən “Mercedes” markalı maşına çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı maşında olan sərnişin xəsarət alıb.

Hadisədə “BMW” markalı nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Fakt Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4257
avatar

Oxşar yazılar