Bakıda 2 nəfərə qarşı külli miqdarda dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs 2 nəfəri aldadaraq, ümumilikdə hesabına 20.000 manat ödətdirib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.