Bakıda 18 minlik avtomobil ehtiyat hissələri oğurlandı
11 noyabr 2023 11:12 (UTC +04:00)

Bakıda 18 minlik avtomobil ehtiyat hissələri oğurlandı

Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən bir anbardan 18340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4264

Oxşar yazılar