Bakının Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Lent.az-ın sorğusuna əsasən, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosessual tədbirlər həyata keçirilib.
Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bakı şəhərində intihar hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Əhmədov Vəfail Mirməhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.