Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yaşayan 14 yaşlı Məmmədova Nərmin Elçin qızı gecə saat 1 radələrində 210 manat pul və "Samsung A12" markalı mobil telefonu götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə onun atası Elçin Məmmədov polisə müraciətində bildirib.
Hazırda Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən axtarış tədbirləri keçirilir.