Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Binəqədi rayonu A. Gəraybəyli küçəsində yaşayan 13 yaşlı Mejdunova Türkan Şakir qızı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası A. Mejdunova polisə müraciətində bildirib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində axtarış işləri aparılır.