Bakıda 1-ci sinif şagirdi  qızılcadan öldü
09 yanvar 2024 10:30 (UTC +04:00)

Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Ö.Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib. /qafqazinfo

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Oxşar yazılar