Abşeronda qatar vuran şəxsin kimliyi müəyyən olunub.
Lent.az-ın məlumatına görə, həmin piyada 20 yaşlı Hacıağazadə Əmral olub.
Hazırda araşdırma aparılır.
***
Saat: 09:33
Abşeronda qatar piyadanı vurub.
Bu barədə Lent.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Məlumaat görə, hadisə bu gün səhər saat 7:40-da 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində qeydə alınıb. Elektrik qatarı 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub. Nəticədə o, yerindəcə keçinib.
Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.