Bakı–Şamaxı yolunda avtobusun təkəri partladı, piyadanın üstünə sürdü -VİDEO
05 oktyabr 2025 10:14 (UTC +04:00)

Bakı–Şamaxı yolunda avtobusun təkəri partladı, piyadanın üstünə sürdü -VİDEO

0

Bu gün, səhər saat 06:30-da Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.

Hadisə nəticəsində piyada xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar