Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Eynullayev Samir Vidadi oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.