Bakı-Quba yolunda hərəkət bərpa olunub.
Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
***
Saat 23:15
Şimal bölgəsindən Bakı istiqamətində olan yollarda uzun tıxac yaranıb.
Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, həftə sonu dağlıq ərazilərə qarın yağması ilə bağlı paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfər edib.
İdarənin yaydığı məlumata görə, bu gün axşam saatlarında paytaxt istiqamətinə qayıda həmin vətəndaşlar adıçəkilən yollarda müəyyən sıxlığa səbəb olub.
Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeyd olunan ərazilərə əlavə qüvvələr cəlb edilib.
Qısa müddətdə hərəkətin tam bərpa ediləcəyi bildirilir.
Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur.
***
Saat 22:52
Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu səbəbdən yolda bir neçə saat uzun tıxac müşahidə edilib.
Nəticədə yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Şabran rayonu ərazisinə qədər tıxac yaranıb.