Bakı-Qazax yolunda avtobus yük maşını ilə toqquşdu - FOTO
23 dekabr 2022 18:01 (UTC +04:00)

Bakı-Qazax yolunda avtobus yük maşını ilə toqquşdu - FOTO

0

Bugun saat 17:30 radələrində Bakı-Qazax yolununun 114-cü km-də yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Mercedes Benz” markalı 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı istiqamətinə hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb.  

Ölən və ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə dərhal DYP əməkdaşları cəlb edilib.

Sözügedən yolda nəqliyyatın hərəkəti tənzimlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5092

Oxşar yazılar