Bakı-Qazax yolunda ağır qəza:  ölən və xəsarət alanlar var
15 noyabr 2021 08:31 (UTC +04:00)

Bakı-Qazax yolunda ağır qəza: ölən və xəsarət alanlar var

0


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1591

Oxşar yazılar