Bakı-Qazax yolunda AĞIR QƏZA...  - FOTO
18 may 2021 08:06 (UTC +04:00)

Bakı-Qazax yolunda AĞIR QƏZA... - FOTO

0

Hacıqabulda ağır yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.
"Mercedes ATEKO" markalı  yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə avtomobildə olan sərnişin Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb, Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və sürücü 1995-ci il təvəllüdlü Huseynov Elşən Fazil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3221

Oxşar yazılar