Bakı Metropoliteninin Xətai-Cəfər Cabbarlı stansiyası xətti üzrə hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.
Bu barədə Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, nasazlıq maşinistin idarə etmə pultunda qapılara müdaxilə olunması ilə bağlı olub.
Bakı Metropoliteninin təlimat qaydalarına uyğun olaraq maşinist qatarı dərhal saxlayıb. Texniki baxış təyin olunub. Hər hansı bir problemin olmadığı müəyyən edilib. Daha dərin yoxlanış keçirmək səbəbindən qatar 3 dəqiqə müddətində tuneldə qalıb.
Daha sonra qatar təyin olunmuş zonaya çıxarılıb.