Bakı metrosuna gizli girən Fransa vətəndaşı  saxlanıldı: "Ziyan vurublar"
30 mart 2024 13:39 (UTC +04:00)

Bakı metrosuna gizli girən Fransa vətəndaşı saxlanıldı: "Ziyan vurublar"

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

Həmin şəxslər polis əməkdaşları tərəfindən  müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

# 5214
avatar

Mehman Nəbiyev

Oxşar yazılar