Bakıda dənizdə meyit tapılıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, iyunun 2-də Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 kilometr aralı qeyri-çimərlik, nəzarətsiz ərazi) dənizdə batdığı ehtimal olunan 25 yaşlı Rüstəmov Nəsimi Kamal oğlunun axtarışları başa çatıb.
N.Rüstəmovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.