Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, bu gün infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.