Rusiyanın Zabaykal diyarının Nerçinsko-Zavodski rayonunda iki azyaşlı uşağı olan bir ailə yanğın nəticəsində ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə vilayət Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə sentyabrın 7-də axşam saatlarında ikimərtəbəli evdə baş verib. Yanğınsöndürənlər gələnə qədər kənd sakinləri bir qadın və iki uşağın meyitini çıxarıblar.
Daha sonra yanğınsöndürənlər kişi meyiti də aşkar ediblər.
Hazırda araşdırma aparılır.