Sumqayıtda dənizdə batan azyaşlının şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxs 13-cü mikrorayon sakini, IV sinif şagirdi Qələndərov Hüseyn İzmir oğludur.
Bildirilir ki, azyaşlı ailənin yaxın qohumu ilə dənizə gedib və diqqətdən yayınıb. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
***
Saat 18:02
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.