"Ümumilikdə ondan 65 min pul almışam"  - "Azərşəkər"in keçmiş rəhbərinin MƏHKƏMƏSİ
09 aprel 2026 18:27 (UTC +04:00)

"Ümumilikdə ondan 65 min pul almışam" - "Azərşəkər"in keçmiş rəhbərinin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə “Azərşəkər” MMC-nin İdarə Heyətinin keçmiş sədri Anar Mehdiyev, onunla yanaşı məsuliyyətə cəlb olunanlar - Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib. 

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Əvəz Süleymanovun ifadəsi ilə davam edib:

"İşimin 60-70 faizi rayonlarla bağlı idi. Mən texnik adamam, maliyyə məsələrinə heç bir aidiyyatım olmayıb. Maaşım 2500 manatdan başlayıb, sonra 5000-6000 manata kimi artıb. Mən "Azərşəkər" MMC-də texnoloji işlər üzrə menecer, daha sonra texniki məsələlər üzrə məsləhətçi işləmişəm. Layihələr meydana gələndən sonra avadanlıqların işə salınması və normal fəaliyyətinə nəzarət edirdim. Mənim heç bir layihənin qiymətinə müdaxilə etmək səlahiyyətim olmayıb. "Dastan Agro" MMC-nin işçisi olmamışam və buna görə mənimsəmədə ittiham olunmağımı qəbul etmirəm. Mənim işim texniki problemləri həll etmək olub. Anar Mehdiyevlə də mənim ancaq texniki məsələlərlə bağlı söhbətlərim olurdu. Pulu Ruslan Ələkbərovdan alırdım. Hörmət edirdi, kömək etdiyimə görə iki dəfə - birində 30 000, ikinci dəfə 35 000 -  ümumilikdə ondan 65000 pul almışam".

Növbəti proses mayın 14-ü saat 09:30-a təyin olunub.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib. Bunun səbəbi isə ibtidai istintaq mərhələsində 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinin tam ödəməsidir.

Xatırladaq ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

Bir müddət əvvəl Anar Mehdiyevin rəhbərlik etdiyi şirkətlə R.Ələsgərovun şirkəti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Şirkət əsasən kənd təsərrüfatı üçün suvarma sistemlərinin satışı və quraşdırılması ilə məşğuldur.

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar