Yusuf Güney
09 aprel 2026 14:53 (UTC +04:00)

Yusuf Güney

Yusuf Güney də SAXLANILDI

0

Məşhur müğənni Yusuf Güney rəqəmsal platformaların birində yayımlanan proqramdakı çıxışı zamanı qadağan olunmuş maddələrin istifadəsini təşviq etdiyi üçün İstanbulda saxlanılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sənətçinin nəzarətə alındığı bildirilir. Buna səbəb müğənninin tərkibində qadağan olunmuş DMT (Dimetiltriptamin) maddəsi olan "Ayahuska çayı" haqqında rəğbət yaradan ifadələr işlətməsidir.

Amazon yerlilərinə məxsus olan bu içkinin ağır hallüsinasiyalara, ürək ritminin pozulmasına və ciddi psixoloji risklərə yol açdığı bildirilir.

Xatırladaq ki, Yusuf Güney daha əvvəl də narkotik maddə qalmaqalı ilə gündəmə gəlmiş və analiz nəticələri pozitiv çıxmışdı.

Faktla bağlı araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar