Yusuf Güney saxlanıldı
22 dekabr 2025 16:05 (UTC +04:00)

Yusuf Güney saxlanıldı

0

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində müğənni Yusuf Güney bu səhər tərəfindən saxlanılıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Yusuf Güney ilkin olaraq tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb. Sağlamlıq yoxlanışından sonra ondan qan və saç nümunələrinin götürülməsi məqsədilə İstanbul Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndəriləcəyi bildirilir. Daha sonra isə ifadəsinin alınması üçün prokurorluğa təhvil veriləcək.

Qeyd edək ki, Bir neçə gün əvvəl prokurorluq Yusuf Güney barədə saxlanılma qərarı çıxarmışdı.

Xatırladaq ki, narkotiklərlə bağlı aparılan bu istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları bir sıra tanınmış şəxslərin evlərində əməliyyat keçirib. Əməliyyat zamanı Aleyna Tilki, İrem Sak, Danla Bilic və Mümmine Senna Yıldız da saxlanılanlar arasında olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar