Həyat amansızdır:  Məşhur aktyorun ürək parçalayan  durumu
09 aprel 2026 16:05 (UTC +04:00)

Həyat amansızdır: Məşhur aktyorun ürək parçalayan durumu

0

“Yeşilçam” kinosunun unudulmaz simalarından olan İhsan Gedikin son görüntüləri sənət dünyasında "vəfa" məsələsini yenidən müzakirə obyektinə çevirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, karyerası ərzində 600-ə yaxın filmdə rol alan 83 yaşlı usta sənətkar, hazırda İstanbul küçələrində çətinliklə hərəkət edərkən görüntülənib.

Jurnalist Mehmet Faraçın paylaşdığı məlumata görə, Karaköy-Tünel xəttində əlindəki əsa ilə güclə yeriyən aktyor, dolanışığını təmin etmək üçün öz xatirələrini və fotoşəkillərindən ibarət albomları satmağa məcbur qalıb.   

Jurnalist Mehmet Faraç sənətçinin bu vəziyyətini "bu bir rol deyil, həyatın və sektorun amansız reallığıdır" sözləri ilə xarakterizə edib. O, dünya kinosunda bu qədər çox filmdə çəkilən bir aktyora qocalığında belə bir taleyin nəsib olmasının böyük bir üzüntü və dram olduğunu vurğulayıb.

Çiynində daşıdığı çanta ilə küçə-küçə dolaşan İhsan Gedikin bu vəziyyəti, bir vaxtlar kinonun zirvəsində olan Yeşilçam sənətçilərinin yaşlılıq dövründə qarşılaşdıqları maddi və mənəvi çətinlikləri bir daha gündəmə gətirib. Sosial şəbəkələrdə geniş əks-səda doğuran görüntülər, illərini sənətə verən simalara qarşı daha çox dəstək göstərilməsi çağırışlarını artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar