Türkiyədə narkotik əməliyyatı - 14 məşhur şəxs saxlanıldı
09 aprel 2026 10:40 (UTC +04:00)

Türkiyədə narkotik əməliyyatı - 14 məşhur şəxs saxlanıldı

0

İstanbulda məşhurlarla bağlı aparılan narkotik maddə istintaqında yeni əməliyyat keçirilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluğun göstərişi ilə keçirilən əməliyyat nəticəsində Hafsanur Sancaktutan, Serra Pirinç, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Utku Ünsal, Emir Can İğrek, Emre (FEL) Can İğrek və Ender Eroğlu (Norm Ender) barəsində həbs qərarı verilib.

Onların arasında sosial media fenomenləri Ogün Alibaş və Enes Gülər də var.

Bu şəxslərin narkotik maddə istifadəsi ilə əlaqəli olub-olmadığı araşdırılır. Saxlanılanlar müayinədən keçirilib, onlardan qan və digər analizlər götürülüb.

Hazırda istintaq davam edir və məsələ ilə bağlı əlavə tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar