Joze Mourinyonun yeni mövsümdəki komandası  AÇIQLANDI
09 aprel 2026 16:34 (UTC +04:00)

Joze Mourinyonun yeni mövsümdəki komandası AÇIQLANDI

0

"Benfika"nın prezidenti Rui Koşta Joze Mourinyonun gələcəyi barədə danışarkən, portuqaliyalı məşqçi ilə bağlı zehnlərində heç bir sual işarəsi olmadığını və gələn mövsüm onunla davam edəcəklərini bildirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Benfika"nın prezidenti Rui Koşta klubdakı gələcəyi müzakirə olunan portuqaliyalı məşqçi Joze Mourinyonun gələcəyi ilə bağlı açıqlamalar verib. 

Portuqaliya mətbuatına danışan Rui Koşta Mourinyo ilə bağlı heç bir şübhələrinin olmadığını bildirərək deyib: "Böyük bir sürpriz olmasa, gələn il onunla davam edəcəyik. Ona tam etibar edirik". 

"Fənərbaxça"dan ayrıldıqdan sonra Mourinyo "Benfika"ya rəhbərlik etməyə başlayıb və onun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. "Benfika" ilə Joze Mourinyo arasındakı razılaşmaya əsasən, həm "Benfika", həm də Mourinyo 2025-26 mövsümünün final oyunundan sonra 10 gün ərzində müqaviləni ləğv etmək hüququna malikdirlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar