"Kurtlar Vadisi"nin "Karahanlı"sı  serialdan ayrılma səbəbini AÇIQLADI
09 aprel 2026 13:03 (UTC +04:00)

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

0

Usta aktyorlar Selçuk Yöntem və Zafer Erginin "Kurtlar Vadisi" serialı ilə bağlı tənqidi fikirləri yenidən gündəmə gəlib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki sənətkar fenomen serialın gənclər üzərindəki mənfi təsirlərinə diqqət çəkib.

Serialda "Aslan Akbey" xarakterinə həyat verən Selçuk Yöntem, ekran işinin ilk dövrlərində dövlət-mafiya münasibətlərinə fərqli bir baxış gətirdiyini qeyd edib. Lakin o, serialdakı cinayətkarların cəza almaması faktının gənclər üzərində mənfi izlər buraxmış ola biləcəyini vurğulayıb.

Serialın unudulmaz "Baron"u (Mehmet Karahanlı) Zafer Ergin isə layihədən ayrılma səbəbini illər öncə bu sözlərlə izah edib:

"Mən “Kurtlar Vadisi”ni “Arka Sokaklar”dan əvvəl tərk etdim. Çünki serialın zərərli olduğunu və pis vərdişlərə yol açdığını düşünürdüm. Üstəlik, çox cəlbedici maddi şərtlər də var idi".

Ergin, bəzi həmkarlarının yüksək qazanc müqabilində bu qərarını tənqid etdiyini, lakin öz prinsiplərindən güzəştə getmədiyini bildirib:

"Televiziya böyük bir silahdır. Bəzi dostlarım “Niyə buraxdın? Dünyanın pulunu qazanırsan” dedilər. Amma mənim prinsiplərim hər şeydən üstündür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar