"Azərişıq" əməkdaşlarının ölümünə görə elektrikə   cinayət işi açıldı
14 mart 2023 17:16 (UTC +04:00)

"Azərişıq" əməkdaşlarının ölümünə görə elektrikə cinayət işi açıldı

0

Ağdaşda “Azərişıq” əməkdaşlarının ölümünə görə başladılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Lent.az xəbər verir ki, iş üzrə elektrik İbrahimov Şakir Şamil oğluna cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, 2 və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsilə ittiham elan olunub.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il dekabrın 16-da Ağdaş Elektrik Şəbəkəsinin əməkdaşları 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlunu elektrik cərəyanı vurub. Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oğlu hadisə yerində, Mustafayev Elşən Etibar oğlu isə xəstəxanada dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2258

Oxşar yazılar