Azərbaycanlını qanunsuz qeydiyyata alana cinayət işi AÇILDI
27 iyun 2023 19:12 (UTC +04:00)

Azərbaycanlını qanunsuz qeydiyyata alana cinayət işi AÇILDI

0

Pskov vilayətinin bir sıra rayonlarında polis miqrasiya qanunlarının pozulması faktlarını aşkarlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İstintaqın məlumatına görə, bu ilin aprelində 85 yaşlı təqaüdçü Pskov vilayətinin ərazisində qanunsuz yaşayan altı tacikistanlını qeydiyyata alıb.

Bundan başqa, iyun ayında Kunya kəndində 41 yaşlı yerli sakin Azərbaycan Respublikası vətəndaşını qeydiyyata alıb. Novosokolniçeski rayonunda isə 30 yaşlı kişi uydurma şəkildə Moldova vətəndaşını qeydiyyata alıb.

Hazırda qanunu pozanlara qarşı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2395

Oxşar yazılar