Azərbaycanlıların məclisinə BASQIN:  50 nəfəri müharibəyə çağırdılar  - VİDEO
15 noyabr 2023 12:33 (UTC +04:00)

Azərbaycanlıların məclisinə BASQIN: 50 nəfəri müharibəyə çağırdılar - VİDEO

Voronejdə milli mətbəxin yeməkləri təqdim edilən restoranda ad günü məclisinə gələn onlarla müştəriyə hərbi komissarlığa çağırış vərəqələri verilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, söhbət Donbasskaya küçəsində yerləşən “Fort” kafesindən gedir. Müəssisə özünü Azərbaycan mətbəxinin restoranı kimi təqdim edir.

Təhlükəsizlik qüvvələri müəssisəyə gələrək orada olanların sənədlərini yoxlamağa başlayıblar. Daha sonra tədbirin 50-yə yaxın iştirakçısına çağırış vərəqələri təqdim olunub.

Məlumata görə, çağırış vərəqəsi verilənlər azərbaycanlılardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11667
avatar

Mehman Nəbiyev

Oxşar yazılar