Rusiyadan qaçan azərbaycanlı sahibkar, Vladimir Putinin "masajçısı", “Rus Afoniya Cəmiyyətinin” qurucusu Konstantin Qoloshapovun ən yaxın silahdaşı Kamil Məhərrəmov keçmiş qeyri-rəsmi həyat yoldaşını psixi cəhətdən xəstə kimi göstərmək istəyir ki, büdcə vəsaitlərinə yenidən çıxış əldə etsin.
Lent.az Rusiya telegram kanallarına istinadla bildirir ki, iş adamı Kamil Orucoviç Məhərrəmov Rusiyanı tərk etməyə məcbur qalıb. Buna səbəb hüquq-mühafizə orqanlarının onun ofisində və evində dövlət sifarişlərinin əldə olunmasında korrupsiya faktları ilə bağlı apardığı axtarışlar olub. Bu sifarişləri birbaşa və ya dolayı yolla Məhərrəmova bağlı təşkilatlar alıb. İstintaq tərəfindən ifşa olunan tender qalibiyyətləri və çoxgedişli sxemlərin hamısını sadalamağa ehtiyac yoxdur – onların sayı çoxdur. Bu işdə adı keçən şəxslər isə kifayət qədər tanınmış fiqurlardır. Təkcə Sankt-Peterburqun sabiq qubernatoru Georgi Poltavçenkonun adının istintaqlarda çəkilməsi kifayətdir.
Milyardlıq məbləğlərin dövr etdiyi sxemlərin miqyasını təsəvvür etmək üçün aşağıdakı iri təşkilatların adlarının çəkilməsi bəs edir: “Sankt-Peterburq Su Kanalı” (Şimal Aerasiya Stansiyası), “Lenenergo”, “VK Servis”, “Evroprom”, “Prime”, “Konsalt Proyekt”, “Nostrum”, “Alkor-2” və “Ofort Bərpa Şirkəti”.
Aydındır ki, təkcə istintaqa ifadə verməklə iş bağlanmayacaqdı. İstənilən halda Məhərrəmovu həbs və xoşagəlməz dindirmələr gözləyirdi. Eyni vaxtda onunla birlikdə iş ortağı – Leninqrad vilayətinin keçmiş qubernatorunun müşaviri Konstantin Veniaminoviç Qoloshapov da ölkəni tərk edib. Şübhə doğurmur ki, bu iri miqyaslı sahibkarlara Rusiya Federasiyasını vaxtında tərk etməyə Daxili İşlər Nazirliyindən olan məlumatçıların da köməyi dəyib.
“Rus Afoniya Cəmiyyəti”nin üzvü və Rusiya Pravoslav Kilsəsinin ordeninə layiq görülmüş Məhərrəmov sığınacaq olaraq sünni-şiə islam harmoniyasının hökm sürdüyü Birləşmiş Ərəb Əmirliklərini seçib. Lakin məlumatlara əsasən, orada onun işləri yaxşı getmir və BƏƏ-də biznes qurmaqda çətinlik çəkir.