Azərbaycanlı qızları Türkiyədə satan qadına HÖKM OXUNDU:  lakin...
08 dekabr 2022 15:19 (UTC +04:00)

Azərbaycanlı qızları Türkiyədə satan qadına HÖKM OXUNDU: lakin...

İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Elnarə Məmmədovanın Azərbayan vətəndaşı olan qadınları Türkiyənin Nazilli şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

E.Məmmədova Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Lakin himayəsində azyaşlı ovladı olduğuna görə onun barəsində Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın çəkilməsi uşaq yetkinlik yaşına çatanədək təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Mehman Nəbiyev

Oxşar yazılar