Azərbaycanın dilçi alimi Nadir Abdullayev vəfat edib.
Lent.az xəbər verir ki, Azərbaycan Pedaqoji UNiversitetinin müəllimi, professor, əməkdar müəllim ötən gün axşam saatlarında 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olub.
1993-cü ildən professor vəzifəsinə təyin olunub və 2021-ci ildə təqaüdə çıxana qədər fasiləsiz olaraq həmin kafedranın professoru vəzifəsində işləyib.
N.Abdullayev dilçiliyin və Azərbaycan dilinin tədrisi metodikasının, nitq mədəniyyəti, orfoepiya və orfoqrafiya fənlərinin və elm sahələrinin, natiqlik sənətinin inkişafına əhəmiyyətli töhfələri olub.
N.Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitlərinin, o cümlədən təlim rus dilində olan orta məktəblərin VII və IX sinifləri üçün "Azərbaycan dili" dərsliklərinin, 100-ə yaxın məqalənin müəllifidir.