Ədliyyə general-mayoru Zavər Qafarov vəfat edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Zavər Qafarov bu gün 68 yaşında dünyasını dəyişib.
Belə ki, Z.Qafarov bir neçə gün əvvəl ürək əməliyyatı olunub. Əməliyyatdan çıxandan sonra o, infarkt keçirərək dünyasını dəyişib.
Z.Qafarov sabah Xaçmazın Qobuqıraq kəndində dəfn ediləcək.
Qeyd edək ki, Zavər Qafarov uzun illər ədliyyə orqanlarında çalışıb. O, 2015-ci ildə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Xatırladaq ki, Z. Qafarovun oğlu da bir müddət əvvəl dünaysını dəyişib.
General-mayor Zavər Qafarov