Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 sentyabr 2024 10:40 (UTC +04:00)

Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI

Azərbaycandan Türkiyənin zəlzələ baş verən bölgəsindəki sakinlərə göndərilən bəzi yardımlar oğurlanıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə 2023-cü ildə zəlzələnin böyük dağıntılara səbəb olduğu Kahramanmaraş şəhərinin Türkoğlu qəsəbəsində yerləşən Azərbaycan-Türkiyə müvəqqəti yerləşmə məntəqəsində baş verib.

Məntəqədə yardımların oğurlanması barədə məlumat daxil olandan sonra polislər əməliyyata başlayıblar. Nəticədə məntəqənin cavabdehi olan 1-i müəllim olmaqla 
4 personal, həmçinin başqa 4 nəfər saxlanılıb. Sonradan onların 4-ü şərti qaydada sərbəst buraxılıb, 4-ü isə həbs olunub.

Hadisə barədə qəsəbə bələdiyyə sədri də açıqlama verib. O bildirib ki, göndərilən ümumi malların oğurlanaraq, satılması barədə polisə məlumat verildikdən sonra keçirilən əməliyyatlar zamanı 2 ədəd sənədsiz tapança, 1 ədəd sənədsiz ov tüfəngi və bu silahlara aid patronlar, təxmini dəyəri 1.5 milyon lirə olan konteyner, elektron əşyalar, qida və təmizlik ləvazimatları ələ keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4611

Oxşar yazılar

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Yevlaxda Kürdə batan var

Yevlaxda Kürdə batan var

20 iyul 2025 , 19:25
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu

Keçmiş futbolçunun atası dənizdə boğuldu

20 iyul 2025 , 18:59
Ailə FACİƏSİ:  Kişini arı sancıb öldürdü,  arvadı infarkt keçirdi

Ailə FACİƏSİ: Kişini arı sancıb öldürdü, arvadı infarkt keçirdi

20 iyul 2025 , 18:31
Tovuzda kişini ilan sancdı

Tovuzda kişini ilan sancdı

20 iyul 2025 , 17:43
"Niva"nı kənddə aşıran sürücü  xəstəxanaya düşdü

"Niva"nı kənddə aşıran sürücü xəstəxanaya düşdü

20 iyul 2025 , 16:00