Saxlanılan pakistanlılar
29 noyabr 2022 21:10 (UTC +04:00)

Saxlanılan pakistanlılar

Azərbaycandan qaçmaq istəyən pakistanlılar tutuldu

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən miqrantlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə noyabrın 26-da saat 15:00-da Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 Pakistan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2153

Oxşar yazılar