Azərbaycandan külli miqdarda ətir aparmaq istədi -  FOTO
13 iyul 2022 12:12 (UTC +04:00)

Azərbaycandan külli miqdarda ətir aparmaq istədi - FOTO

Rusiyaya gedən yük avtomobilində qanunsuz məhsullar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycandan "Samur" gömrük postuna gələn Rusiya vətəndaşının idarə etdiyi "Volvo" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Baxış zamanı avtomobilin qoşqusunun sağ alt hissəsində yerləşən yeşikdə gömrük nəzarətinə bəyan edilməyən parfumeriya məhsulları- 4 ədəd ətir, 20 litr metal və plastik qablarda olan ətir yağları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aşkarlanan ətirlər

# 1761
avatar

Mehman Nəbiyev

Oxşar yazılar