Azərbaycandan külli miqdarda dollar  çıxaran saxlanıldı
15 avqust 2024 17:38 (UTC +04:00)

Azərbaycandan külli miqdarda dollar çıxaran saxlanıldı

Rusiyanın Həştərxan hava limanında Bakıdan gedən reysdə sərnişinləri yoxlayan gömrükçülər 53 yaşlı kişini saxlayıblar. O, bəyannaməsiz nağd pul gətirməyə cəhd edib. Sərnişin “yaşıl” dəhlizi keçib, oradan isə bəyan etməyə heç bir malı olmayanlar keçir.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, gömrükçülər onun bel çantasını yoxlayarkən, əsasən 100 və 50 dollarlıq əskinaslarda olmaqla 22 800 dollar aşkar ediblər. Sərnişin deyib ki, bəyan etmək zərurətindən xəbəri olmayıb və bu pulu Birləşmiş Ərəb Əmirliklərində qazanıb.

Qaydalara görə, 10 min dollara qədər pul bəyannaməsiz aparıla bilər, ona görə də onlar geri qaytarılıb, 12.800-ü isə müsadirə edilib. Həmin pulların taleyini məhkəmə müəyyən edəcək.

Şəxsə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi ilə nağd pulu bəyan etmədiyi üçün iş açılıb. Həştərxan hava limanının gömrük postunun rəisi Pavel Xivrin izah edib ki, sərnişin “qırmızı” dəhlizdən keçməli və bütün məbləği bəyan etməlidir. O, pul cəzası və ya pul müsadirəsi ilə üzləşə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21108

Oxşar yazılar

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

21 iyun 2025 , 15:52