Sumqayıtda Amerika Birləşmiş Ştatlarına getmək istəyən şəxs dələduzluğa məruz qalıb.
Lent.az xəbər verir ki, ittiham aktına görə, şəhər sakini İ. Məmmədov ABŞ-aviza alıb getməsi üçün V.Cəlilovdan kömək istəyib. Bu məqsədlə V. Cəlilova 6498 manat pul verib. Ancaq viza istəyinə nail olmayıb.
Aldanıldığını görən İ. Məmmədov hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə V. Cəlilvo barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqına Sumqayıt şəhər Məhkəməsində baxılacaq.