Bu il Azərbaycanda baş verən intihar hadisələrinin sayı açıqlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasında intiharların qarşısının alınmasına dair həsr olunan müzakirələrdə çıxış edən Baş Prokurorluğun nümayəndəsi bildirib. Onun sözlərinə görə, bu il ölkədə 451 nəfər intihar edib.
Qurum rəsmisi qeyd edib ki, həmin intihar hadisələri ilə bağlı başlanan cinayət işləri üzrə 4 iş məhkəməyə göndərilib.