Azərbaycanda qeydə alınan zəlzələ Zaqatala ərazisində baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yerli vaxtla saat 14:34-də Zaqatala stansiyasından 13 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınan zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***
saat 15:06
Azərbaycanda zəlzələ olub.
Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən aldığı ilkin məlumata görə, zəlzələ Zaqatala, Qax və Balakəndə qeydə alınıb.
Yeraltı təkanlar təqribən 14:30 radələrində baş verib.