Azərbaycanda gün ərzində ikinci zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km. olub.
***
17:50
Azərbaycanda zəlzələ baş verib.
Lent.az-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
Zəlzələ Şamaxı rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 5 bal olub. Ətraf rayonlarda 4-3 bal hiss olunub.