Lənkəran rayonu ərazisində zəlzələ olub.
Lent.az xəbər verir ki. bu barədə Seysimoloji Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, yerli vaxtla saat 19:54-də Lənkəran rayonu ərazisində maqnitudası 3,2 olan yeraltı təkan qeydə alınıb.
Zəlzələ yerin 9 kilometr dərinliyində baş verib.
Təbiət hadisəsi 3 bala qədər hiss olunub.