Saatlı rayonunda 3,9 maqnitudalı zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 kilometr cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.