Azərbaycanda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən xəbərə görə, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar Qazax stansiyasından 26 km şimal-şərqdə, Ağstafada yerli vaxtla saat 06:31-də qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.