Şəki rayonunda yol kənarında meyit tapılıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu gün səhər saatlarında rayonun Qoxmuq kəndində yol kənarında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 64 yaşlı Qoxmuq kənd sakini Ürfət Qasımovdur.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potaloji Anatomiya Birliyinin Şəki rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.